Kiyev Uitkoff və Kuşnerə Brüsseldə danışıqlar aparmağı təklif edib

Digər ölkələr
  • 14 oktyabr, 2026
  • 13:26
Kiyev Uitkoff və Kuşnerə Brüsseldə danışıqlar aparmağı təklif edib

Ukraynalı danışıqçılar ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerə yeni danışıqlar raundu keçirmək üçün yaxın günlərdə görüşməyi təklif ediblər.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə nəşrin mənbələri bildirib.

"Ukraynalı danışıqçılar hazırda Stiv Uitkoff və Cared Kuşneri onlarla yeni danışıqlar raundu keçirmək üçün Brüsselə və ya başqa bir şəhərə gəlməyə dəvət edirlər", - məlumatda bildirilib.

Oktyabrın 15-16-da Brüsseldə Avropa Şurasının iclası keçiriləcək. Gözlənildiyi kimi, tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edəcək.

Qeyd edək ki, ötən gün Zelenski Ukraynanın Trampın elçilərinə yeni görüş keçirməyi təklif etdiyini bildirib.

44 - Tezliklə