IEA: Azərbaycan sentyabrda "OPEC+" kvotasından gündəlik 110 min barel geri qalıb

Energetika
  • 14 oktyabr, 2026
  • 13:26
IEA: Azərbaycan sentyabrda OPEC+ kvotasından gündəlik 110 min barel geri qalıb

Azərbaycanda neft hasilatı sentyabr ayında gündəlik 440 min barel təşkil edib.

Bu barədə "Report" Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, avqust ayının göstəricisi ilə müqayisədə 30 min barel çoxdur.

IEA analitiklərinin hesablamalarına görə, Azərbaycanın sentyabr ayında neft hasilatı "OPEC+" sazişi çərçivəsində planda nəzərdə tutulandan gündəlik 110 min barel geri qalıb.

Azərbaycanın "OPEC+" sazişi çərçivəsində bu il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edir.