Ekspert: Daşınmaz əmlakın dəyəri yalnız tikinti ilə müəyyən edilmir

Xarici siyasət
  • 21 may, 2026
  • 13:11
Ekspert: Daşınmaz əmlakın dəyəri yalnız tikinti ilə müəyyən edilmir

Şəhər dəyəri təkcə özəl investisiyalar hesabına deyil, həm də dövlət yatırımları sayəsində formalaşır, lakin heç də həmişə şəhərlərin inkişafı sisteminə qayıtmır.

"Report" xəbər verir ki, bunu MART ekspert qrupunun üzvü Orxan Ercan Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlərin dayanıqlı inkişafının hərəkətverici qüvvəsi kimi daşınmaz əmlakın ədalətli vergisi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, şəhər inkişafının əsas məsələsi tikintinin həcmi ilə yox, şəhər dəyərinin necə yaradılması və bölüşdürülməsi ilə bağlıdır.

Ercan qeyd edib ki, torpağın dəyəri şəhərsalma qərarlarının, infrastruktur investisiyalarının və institusional amillərin təsiri altında formalaşır, lakin bu dəyərin əhəmiyyətli hissəsi şəhər inkişafı sisteminə qayıtmır.

"Şəhər dəyəri ictimai fəaliyyətlər - planlaşdırma, infrastruktur investisiyaları və kollektiv qərarlar vasitəsilə yaradılır. Məsələ bu dəyərin necə bölüşdürülməsi və idarə edilməsindədir", - o vurğulayıb.

Ekspertin sözlərinə görə, daşınmaz əmlak qiymətləri tikintinin maya dəyərindən çox, torpaq rentasının kapitallaşdırılması ilə müəyyən edilir.

O əlavə edib ki, bir çox hallarda yaradılmış şəhər dəyərinin əhəmiyyətli hissəsi bazar vasitəsilə spekulyativ gəlirlər və torpaq qiymətlərinin artımı şəklində yenidən bölüşdürülür ki, bu da faydaların qeyri-bərabər paylanmasına gətirib çıxarır.

44 filmi