Dima Əl-Yahya: Azərbaycan rəqəmsal Orta Dəhliz üçün təbii bir mərkəzdir

Xarici siyasət
  • 05 oktyabr, 2026
  • 19:13
Dima Əl-Yahya: Azərbaycan rəqəmsal Orta Dəhliz üçün təbii bir mərkəzdir

Azərbaycan Orta Dəhliz boyunca marşrut ölkələri arasında rəqəmsal ticarəti, gömrük prosedurlarını, logistikanı, ödənişləri və məlumat mübadiləsini birləşdirə biləcək rəqəmsal dəhlizin formalaşdırılması üçün təbii bir mərkəzdir.

Bu barədə "Report"a müsahibəsində Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) baş katibi Dima Əl-Yahya bildirib.

Onun sözlərinə görə, "Digital Corridors" - DCO-nun dörd illik proqramının dörd əsas elementindən biridir. Bu istiqamət etibarlı rəqəmsal bağlantı, sistemlərin uyğunluğu, təhlükəsiz məlumat mübadiləsi və rəqəmsal mütəxəssislərin yerdəyişməsi üzərində cəmləşib: "Araşdırmalarımıza görə, rəqəmsal ticarət və siyasətin uyğunlaşdırılması 2028-ci ilə qədər DCO çərçivəsində regiondaxili rəqəmsal ticarətin həcmini təxminən 2 milyard ABŞ dolları artıra bilər".

DCO-nun baş katibi həmçinin qeyd edib ki, Azərbaycan artıq belə bir rəqəmsal ekosistemin yaradılması üçün lazım olan bir çox elementlərə sahibdir:

"DCO-nun "Digital Economy Navigator" (DEN) platformasının "2025 Azerbaijan Focus Report" hesabatına əsasən, ölkənin rəqəmsal dövlət idarəçiliyi göstəricisi 100-dən 82,7 təşkil edir və bu da qabaqcıl səviyyəyə uyğundur".

Onun sözlərinə görə, Azərbaycanda elektron hökumətin tranzaksiya portalı, elektron satınalmalar sistemi, milli rəqəmsal identifikasiya sistemi və gömrük prosedurları üçün vahid onlayn pəncərə fəaliyyət göstərir:

"Bu alətlər kağızsız gömrük və etibarlı transsərhəd əməliyyatları üçün əsas yaradır. Azərbaycan Cənubi Qafqazı, Mərkəzi Asiyanı, Avropanı və Fars körfəzi ölkələrini birləşdirir. Zəruri tərəfdaşlıqlar olduqda, Orta Dəhliz bu gün malların hərəkətini təmin etdiyi kimi, məlumatların, ödənişlərin və rəqəmsal xidmətlərin hərəkətini də eyni inamla təmin edə biləcək".

44 - Tezliklə