Azərbaycanlı deputatlar Səudiyyə Ərəbistanına səfər edəcəklər

Xarici siyasət
  • 11 aprel, 2015
  • 06:48
Azərbaycanlı deputatlar Səudiyyə Ərəbistanına səfər edəcəklər

Bakı. 11 aprel. REPORT.AZ/ Milli Məclisin deputatları Fəttah Heydərov, Bəxtiyar Əliyev, Mahir Aslanov və Qalib Salahzadə aprelin 11-dən 17-dək Səudiyyə Ərəbistanı Krallığında səfərdə olacaqlar. Bu barədə "Report"a MM-in mətbuat xidmətindən məlumat verilib.

Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti ilə həyata keçiriləcək səfər çərçivəsində bu ölkənin parlament rəhbərliyi, parlamentlərarası dostluq qrupunun üzvləri, Ticarət və Sənaye Nazirliyinin məsul şəxsləri, Ər-riyad şəhərinin qubernatoru, Elm və texnologiyalar şəhərciyinin elm xadimləri və digər şəxslərlə görüşlər nəzərdə tutulub.

Keçiriləcək görüşlərdə parlamentlərarası münasibətlərin inkişafı, mədəniyyət, elm və texnologiyalar sahələrində əməkdaşlıq barədə müzakirələr aparılacaq.