Dağıstanın başçısı Azərbaycana səfər etmək niyyətindədir

Xarici siyasət
  • 02 mart, 2018
  • 06:04
Dağıstanın başçısı Azərbaycana səfər etmək niyyətindədir

Bakı. 2 mart. REPORT.AZ/ Dağıstanın başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev yaxın zamanda Azərbaycana səfər etməyi planlaşdırır.

"Report" "Moskva-Bakı"ya istinadən xəbər verir ki, bu barədə V.Vasilyev Rusiya prezidentinin Mərkəzi Manejdə keçirilən Federal Məclisə göndərdiyi məktubdan sonra bildirib.

"Tezliklə Azərbaycana gedəcəyəm, orada danışarıq", - V.Vasilyev vurğulayıb.

Qeyd edək ki, V.Vasiliev 2017-ci il oktyabrın 3-də Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub. Buna qədər bu postu Ramazan Abdulatipov tutub.

Bu, V.Vasilyevin Dağıstanın müvəqqəti başçısı postunda Azərbaycana ilk rəsmi səfəri olacaq.

44 - Tezliklə