İqor Sergeyenko: Azərbaycan AQEM-in beynəlxalq təşkilata çevrilməsi təşəbbüsündə aparıcı rol oynayır
- 15 oktyabr, 2026
- 14:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi təşəbbüsünün irəli aparılmasında aparıcı rol oynayır.
"Report" xəbər verir ki, bunu Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko AQEM-in Bakıda keçirilən VII Zirvə Görüşündə bildirib.
"Biz Müşavirənin tamhüquqlu beynəlxalq təşkilata çevrilməsinə yönəlmiş təşəbbüslərini alqışlayırıq. Şübhəsiz ki, Azərbaycanın səmərəli sədrliyi buna töhfə verib, hansı ki, sədrliyi qarşıdakı iki ildə də davam edəcək. Azərbaycan bu təklifin həyata keçirilməsində liderliyi öz üzərinə götürüb", – deyə o bildirib.
İ.Sergeyenko Belarusun müşahidəçi dövlət kimi əməkdaşlığın praktiki istiqamətlərinin genişləndirilməsinə dəstək verməyə və AQEM proqramlarının həyata keçirilməsində daha fəal iştirak etməyə hazır olduğunu təsdiqləyib.
Bundan əlavə, o, XXI əsrdə Avrasiyada müxtəliflik və çoxqütblülük arxitekturasının formalaşdırılması məsələlərində qarşılıqlı fəaliyyətin gücləndirilməsini təklif edib.