COP31-in Azərbaycan pavilyonunda erkən xəbərdarlıq sistemləri müzakirə olunub
- 12 noyabr, 2026
- 11:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan pavilyonunda "Türk dövlətlərində təsirə əsaslanan proqnozlaşdırma və erkən xəbərdarlıq" mövzusunda tədbir təşkil olunub.
"Report" xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Türk Dövlətləri Təşkilatının Macarıstandakı Nümayəndəliyinin icraçı direktoru Balaj Hendrix və Ümumdünya Meteorologiya Təşkilatının İnkişaf Tərəfdaşlıqları və Proqramların İcrası Departamentinin direktoru Daniel Kull çıxış ediblər.
Çıxışlarda iqlim dəyişmələrinin yaratdığı daşqın, quraqlıq, fırtına, güclü və intensiv yağıntı kimi risklərə qarşı erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsinin və regional əməkdaşlığın əhəmiyyəti vurğulanıb, Türk Dünyası Meteorologiya Birliyinin bu sahədə əlaqələndirici platforma kimi rolu qeyd edilib.
Tədbir çərçivəsində "Çoxtəhlükəli erkən xəbərdarlıq sistemlərinə regional baxış" mövzusunda panel sessiyası keçirilib. Sessiyada müasir proqnozlaşdırma texnologiyalarının tətbiqi, monitorinq imkanlarının genişləndirilməsi və məlumat mübadiləsi məsələləri müzakirə olunub.