Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram

Xarici siyasət
  • 18 oktyabr, 2026
  • 16:21
Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram

Böyük Britaniya və Şimali İrlandiyanın Bakıdakı səfiri Dunkan Norman Azərbaycanı müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, səfir təbriki "X" sosial şəbəkə hesabında paylaşıb.

"Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir. Azərbaycan xalqını ürəkdən təbrik edir, ölkələrimiz arasında tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram!" - səfir bildirib.

44 filmi