Britaniya səfiri: Azərbaycan WUF13 vasitəsilə müasir şəhər inkişafını nümayiş etdirir
- 17 may, 2026
- 13:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan WUF13-ə ev sahibliyi edərək müasir şəhər inkişafının dayanıqlığın gücləndirilməsində, yaşayış şəraitinin yaxşılaşdırılmasında və imkanlara çıxışın genişləndirilməsindəki rolunun nümayişi üçün mühüm platforma təqdim edir.
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld WUF13 çərçivəsində nazirlərin dəyirmi masasında bəyan edib.
"WUF13-ün ev sahibi olaraq Azərbaycan müasir şəhər inkişafının dünyanı icmalar üçün konkret üstünlüklərə - o cümlədən yaşayış şəraitinin yaxşılaşdırılmasına, rəqəmsal əlaqəliliyə və iqtisadi imkanlara çıxışa çevirə biləcəyini nümayiş etdirmək üçün mühüm platformaya malikdir", - o deyib.
Səfir qeyd edib ki, forum 2036-cı ilə qədər dayanıqlı urbanizasiya məqsədlərinin həyata keçirilməsinin sürətləndirilməsinə töhfə verəcək: "Britaniya bu nazirlər iclasını sadiqliyi təsdiqləmək və 2036-cı ilə qədər dayanıqlı urbanizasiyanın həyata keçirilməsini sürətləndirmək üçün vaxtında yaranmış bir fürsət kimi alqışlayır".
F.Aldun sözlərinə görə, əldə edilmiş tərəqqiyə baxmayaraq, dünyada qeyri-bərabər inkişaf, sosial bərabərsizliyin artması və mənzil sahəsində artan təzyiq problemləri qalmaqdadır: "Əsas problem prinsiplərin olmamasında deyil, onların həyata keçirilməsi mərhələsində yaranan boşluqdadır".
O, həmçinin Britaniyanın Yeni Şəhər Gündəliyinə sadiqliyini və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında rolunu bir daha təsdiqləyib.