Bolqarıstan prezidenti Azərbaycana gələcək

Xarici siyasət
  • 17 sentyabr, 2014
  • 09:52
Bolqarıstan prezidenti Azərbaycana gələcək

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bolqarıstanın prezidenti Rosen Plevneliyev sentyabr ayının 20-də Azərbaycana səfər edəcək. "Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Anton Pavlov bildirib. 

Onun sözlərinə görə,  R.Plevneliyevin Azərbaycana səfəri zaman Azərbaycan qazının Bolqarıstana erkən tədarükü məsələsi razılaşdırılacaq. 

Bolqarıstan prezidentinin Cənub Qaz Dəhlizinin bir hissəsi olan Cənubi Qafqaz boru kəmərinin genişləndirmə layihəsi çərçivəsində təməlqoyma mərasimində iştirak edəcəyi gözlənilir. Mərasim sentyabr ayının 20-də Səngəçal terminalında keçiriləcək.