İran sahillərində gəmiyə PUA zərbəsi nəticəsində 3 balıqçı yaralanıb

Digər ölkələr
  • 14 oktyabr, 2026
  • 14:15
İran sahillərində gəmiyə PUA zərbəsi nəticəsində 3 balıqçı yaralanıb

İranın cənub sahillərində balıqçı gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə nəticəsində 3 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Hörmüzqan əyalətinin qubernator administrasiyasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, insident Sirik dairəsindəki Bondaran kəndindən təxminən 18 dəniz mili məsafədə baş verib. Ekipajın üç üzvü ağır yaralanıb və onlara tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.

Bildirilib ki, Birləşmiş Ştatlar Fars körfəzi üzərində PUA-lardan istifadə etməklə müntəzəm olaraq kəşfiyyat əməliyyatları həyata keçirir. Son aylarda ABŞ hərbçiləri İranın cənubundakı obyektlərə də zərbələr endiriblər, Vaşinqtonun iddiasına görə, həmin obyektlərdən Hörmüz boğazı vasitəsilə gəmiçiliyə maneələr yaratmaq üçün istifadə olunurdu.