BMT rəsmisi: Zəlzələlər şəhərlərin struktur zəifliklərini aşkara çıxarır

Xarici siyasət
  • 20 may, 2026
  • 16:17
BMT rəsmisi: Zəlzələlər şəhərlərin struktur zəifliklərini aşkara çıxarır

Zəlzələ riskləri çoxşaxəli və bir-biri ilə əlaqəli olduğundn dünyanın əksər şəhərləri həmin risklərlə və çoxsaylı təhlükələrlə üzləşməyə hazır deyil.

"Report"xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) İcra katibinin müavini Dmitri Mariyasin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhər Zəlzələsinə Hazırlığın Gücləndirilməsi Daha Təhlükəsiz və Daha Davamlı Şəhərlər üçün BMT-nin Həlləri" adlı konfransda çıxışı zamanı bildirib.

O bildirib ki, insan mənşəli fəlakətlər, təbii fəlakətlər, münaqişələrin nəticələri və əlbəttə ki, iqlim dəyişikliyi ilə bağlı qəfil baş verən hadisələr daxildir:

"Bu hadisələri bəzən düzgün təsnif etmək belə çətindir, çünki onlar çox vaxt təbii və texnoloji fəlakətləri bir arada birləşdirir. Lakin bəlkə də dünyadakı şəhər əraziləri üçün zəlzələlərdən daha dağıdıcı risk yoxdur. Zəlzələlər şəhərlərin struktur zəifliklərini üzə çıxarır. Onlar mənzil, infrastruktur və torpaq idarəetmə sistemlərinin harada çökdüyünü göstərir. İdarəetmə mexanizmlərini sınağa çəkir. Və əlbəttə ki, böyük insan, sosial və iqtisadi itkilərə səbəb olur. Bu itkiləri bərpa etmək çox çətindir. Ümumi prinsip isə burada da keçərlidir: fəlakətdən sonra yardım göstərməkdənsə, əvvəlcədən dayanıqlılığa investisiya qoymaq daha yaxşıdır".

Dmitri Mariyasin qeyd edib ki, UNEC regionunda və digər bölgələrdə baş vermiş son fəlakətlər bunu çox aydın şəkildə göstərib:

"Təəssüf ki, dayanıqlılığa böhran başlamazdan əvvəl investisiya qoyulmalıdır. Böhran baş verdikdə isə artıq çox gec olur. Bir neçə il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ bizə çox vacib və aktual dərslər verdi."