BMT Baş Assambleyasının sədri təşkilatın Azərbaycandakı nümayəndəsinə təşəkkür edib

Xarici siyasət
  • 13 iyun, 2022
  • 23:35
BMT Baş Assambleyasının sədri təşkilatın Azərbaycandakı nümayəndəsinə təşəkkür edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid beynəlxalq təşkilatın Azərbaycandakı daimi koordinatoru xanım Vladanka Andreevaya təşəkkür edib.

“Report” xəbər verir ki, Abdulla Şahid bu barədə  tviter hesabında yazıb.

“BMT-nin ölkə üzrə komandasına başda rezident-əlaqələndirici Vladanka Andreeva olmaqla Azərbaycana səfərimin əla koordinasiyasına görə təşəkkürlər”, - Baş Assambleyanın 76-cı sessiyasının sədri tviter hesabında yazıb.

O, qeyd edib ki, Vladanka Andreeva ilə görüşdə COVID-19-un yayılmasından sonrakı bərpa, qaçqınların hüquqları, qadınların hüquqlarının və imkanlarının artırılması, habelə BMT-nin inkişaf proqramı çərçivəsində davam edən irəliləyiş müzakirə olunub.