Birol Akgün: Türkiyə Qərb dünyasının güclü tərəfdaşıdır

Xarici siyasət
  • 29 oktyabr, 2025
  • 20:20
Birol Akgün: Türkiyə Qərb dünyasının güclü tərəfdaşıdır

Türkiyə siyasi və iqtisadi baxımdan Avropa və ABŞ mərkəzli Qərb dünyasının güclü tərəfdaşıdır.

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Bakıda keçirilən qəbulda deyib.

O qeyd edib ki, NATO vasitəsilə təhlükəsizlik sahəsində, Avropa Şurası üzvlüyü kontekstində demokratiya və insan hüquqları standartları baxımından və nəhayət, Avropa İttifaqı ilə əldə etdiyi gömrük birliyi vasitəsilə Türkiyə Transatlantik dünyasının vacib bir hissəsidir:

"Lakin Türkiyə II Dünya Müharibəsindən sonra yaradılmış Qərb mərkəzli dünya sisteminin köklü şəkildə dəyişdiyini və çoxmərkəzli qlobal sistemə doğru irəlilədiyini görür. Bu səbəbdən Türkiyə bütün beynəlxalq platformalarda daha ədalətli bir dünyanın qurulması üçün fəal və öncül rol oynayır.

Digər tərəfdən, Türkiyə mədəniyyət ənənəsi baxımından islam dünyasının da vacib bir hissəsidir və İƏT daxilində mühüm rollar oynayır".

Son xəbərlər

Bütün Xəbər Lenti