Binəli Yıldırım: TDT Ağsaqqallar Şurası ortaq türk əlifbası və tarixi məsələsini yaxından izləyir
- 04 noyabr, 2025
- 10:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurası ortaq türk əlifbası və türk tarixi məsələsini yaxından izləyir.
"Report" xəbər verir ki, bunu TDT Ağsaqqallar Şurasının 18-ci iclasındakı çıxışında qurumun rəhbəri Binəli Yıldırım deyib.
"Bu, türk dövlətləri arasında əlaqənin gücləndirilməsi yolunda ciddi fəaliyyətdir", - o əlavə edib.
Sədr bu addımı ortaq türk kimliyinin gələcəyi naminə tarixi qərar kimi qiymətləndirib.
B.Yıldırım UNESCO tərəfindən dekabrın 15-nin dünya türk dili ailəsi günü elan olunmasına da diqqət çəkib.
O, bu qərarın UNESCO-nun oktyabrın 30-da işə başlayan 43-cü Baş Konfransında qəbul edildiyini diqqətə çatdırıb.
Sədr daha sonra təşkilatın son zirvə görüşlərindən və orada qəbul olanan qərarların əhəmiyyətindən bəhs edib.