Berdiməhəmmədov: Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır

Xarici siyasət
  • 08 oktyabr, 2026
  • 10:31
Berdiməhəmmədov: Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır

Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət görüşləri (C5+1) formatına qoşulması Asiya və Avropadakı tərəfdaşlarla geniş əməkdaşlıq perspektivləri açır.

"Report"un Türkmənistana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün açılışında bildirib.

S.Berdiməhəmmədov Azərbaycanın bu formata qoşulmasını, o cümlədən iqtisadi perspektivlər baxımından ən mühüm nəticə adlandırıb.

O, həmçinin Mərkəzi Asiya və Azərbaycanın regional və qlobal proseslərdə artan əhəmiyyətini vurğulayıb:

"Hazırda Mərkəzi Asiya və Azərbaycanın inkişafın ən mühüm logistika, enerji mərkəzləri kimi regional və qlobal proseslərdə rolu durmadan artır".