Bakı və Kiyev regionlararası əlaqələri intensivləşdirmək niyyətindədir
- 07 yanvar, 2026
- 13:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Ukrayna regionlararası əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"2026-cı ilin ilk regional səfəri: Azərbaycanın Qax rayonunun icra başçısı Elvin Paşayevlə məhsuldar görüş. Görüşün məqsədi Çernomorsk və Qax arasında əlaqələrin yenilənməsi və Ukrayna ilə Azərbaycan arasında regionlararası əməkdaşlığın genişləndirilməsidir", - diplomat yazıb.
🇺🇦🤝🇦🇿 First regional visit of 2026: productive meeting with Elvin Pashayev, Head of Gakh region of Azerbaijan. Focused on renewing Chornomorsk–Gakh ties and expanding practical interregional cooperation between Ukraine and Azerbaijan. pic.twitter.com/GPr7RyjUYF
— Yuriy Husyev (@Husyev) January 7, 2026