Azərbaycanla Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub
Xarici siyasət
- 15 noyabr, 2014
- 09:14
Bakı. 15 noyabr. REPORT.AZ/ Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Bakıda Azərbaycan baş nazirinin birinci müavini, Dövlətlərarası Komissiyanın Azərbaycan tərəfindən ticarət-iqtisadi əməkdaşlıq üzrə həmsədri Yaqub Eyyubovla görüşüb. "Report" Belarus XİN-inə istinadən xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın indiki vəziyyətini və perspektivlərini, sənaye kooperasiyası, kənd təsərrüfatı, tikinti sahələrində birgə layihələrin həyata keçirilməsini, eləcə də ikitərəfli münasibətlərin digər aktual məsələlərini müzakirə ediblər.
Həmçinin, Azərbaycan-Belarus ticarət-iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyanın növbəti iclası üçün hazırlığı üzrə konkret addımlar müəyyənləşdirilib.
Son xəbərlər
10:16
Meksika klubu "Everton"un qapıçısı Cordan Pikfordu heyətinə qatmaq istəyir
Futbol10:15
Azərbaycan Qazaxıstanla Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasını müzakirə edib
İnfrastruktur10:11
"Murov Az Terminal" heyətini Keionna Makkeylə gücləndirib
Komanda10:11
DSMF: 7 ayda 41 mindən çox şəxs uşağın anadan olmasına görə müavinət alıb
Maliyyə10:06
Foto
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə10:04
Foto
Bərdədə yeni qəbiristanlığın salınması nəzərdə tutulan əraziyə baxış keçirilib
Daxili siyasət09:58
Türkiyədə minik maşını avtobusa çırpılıb, üç nəfər ölüb
Region09:57
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
Sağlamlıq09:55