Ağcabədidəki avtomobil qəzasında xəsarət alan şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB

Hadisə
  • 05 avqust, 2026
  • 10:37
Ağcabədidəki avtomobil qəzasında xəsarət alan şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB

Ağcabədi rayonunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti ağırdır.

Bu barədə "Report"un Qarabağ bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1991-ci il təvəllüdlü kişi avqustun 4-də saat 01:35 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onda döş qəfəsinin qapalı travması və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmalar diaqnozu təyin olunub.

Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Ağcabədi rayonunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alanlar var.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Ağdam-Ağcabədi yolunun Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisindən keçən hissəsndə qeydə alınıb.

"VAZ-2107" və "Toyota" markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki maşının sürücüsü, həmçinin bir neçə sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.