​Azərbaycanın XİN başçısı Gürcüstana rəsmi səfərə gedib

Xarici siyasət
  • 19 fevral, 2015
  • 05:32
​Azərbaycanın XİN başçısı Gürcüstana rəsmi səfərə gedib

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana rəsmi səfərə yola düşüb. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Gürcüstanın yüksək rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

44 - Tezliklə