İndoneziyada 5,8 maqnitudalı zəlzələ baş verib

Digər ölkələr
  • 12 oktyabr, 2026
  • 02:58
İndoneziyada 5,8 maqnitudalı zəlzələ baş verib

İndoneziyanın Sulavesi adasının şimalında, Minahasa yarımadası rayonunda 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri təxminən 144 min nəfərin yaşadığı Gorontalo şəhərindən 154 kilometr qərbdə yerləşib. Yeraltı təkanların ocağı 184 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

44 - Tezliklə