Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib

Region
  • 12 oktyabr, 2026
  • 00:53
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib

Təhlükəsizlik məhdudiyyətləri səbəbindən Moskvanın hava limanlarına uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə paytaxtın hava limanlarından məlumat verilib.

Məlumata görə, "Şeremetyevo" hava limanına uçan 11 reys Nijni Novqorod, Sankt-Peterburq, Kazan, Samara və Yaroslavl şəhərlərinə yönləndirilib.

"Vnukovo" hava limanına uçan daha 9 təyyarə isə digər şəhərlərə göndərilib.

Bundan başqa, "Domodedovo" hava limanına istiqamətlənən 6 reys Nijni Novqorod, Kazan və Sankt-Peterburqda eniş edib.

44 - Tezliklə