Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

Xarici siyasət
  • 15 aprel, 2026
  • 19:48
Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə XİN-in "X" social şəbəkə hesabında paylaşım edilib.

"Qardaş Türkiyədə bu gün və dünən orta məktəblərdə baş vermiş silahlı hücum hadisələri bizi dərindən kədərləndirib", - paylaşımda bildirilib və həlak olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verilib:

"Bu zorakılıqdan zərər çəkən hər kəslə, qardaş Türkiyə xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk. Yaralananlara tezliklə şəfa diləyir, bu ağır günlərdə qardaş Türkiyə xalqına səbir və güc arzulayırıq".