Azərbaycan XİN başçısı Bakının azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib

Xarici siyasət
  • 15 sentyabr, 2022
  • 12:19
Azərbaycan XİN başçısı Bakının azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib
Ceyhun Bayramov

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“15 sentyabr tarixində Azərbaycan- Türkiyə qardaşlığının parlaq nümunələrindən biri olan Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsindən 104 il ötür. Bu tarixi gündə şəhidlərimizi hörmət və minnətdarlıqla yad edirik”, - o bildirib.