Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır

Fərdi
  • 26 oktyabr, 2026
  • 09:09
Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır

Azərbaycanın daha üç yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə start verəcək.

"Report"un məlumatına görə, Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) xalça üzərinə çıxacaqlar.

N.Məmmədli ilk görüşünü ABŞ təmsilçisi Xavyer Consona (ABŞ) qarşı keçirəcək. İ.Abbasov türkiyəli Ali Cengizlə qarşılaşacaq. H.Cəfərov isə ilk görüşdən azaddır.

Bundan əlavə, Murad Əhmədiyev (97 kq) təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq. Onun rəqibi Markus Raqqinqer (Avstriya) olacaq.

Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

44 filmi