Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib

Digər ölkələr
  • 26 oktyabr, 2026
  • 07:39
Lula da Silva Braziliyanın ABŞ-nin arxa bağçası olmayacağını bildirib

Yenidən Braziliya Prezidenti seçilən Luis İnasio Lula da Silva bəyan edib ki, ölkəsi digər dövlətlərlə bərabərhüquqlu əsasda münasibətlər qurmaq niyyətindədir və ABŞ-dən asılılığa yol verməyəcək.

"Report" xəbər verir ki, bu barədə Braziliya lideri prezident seçkilərinin ikinci turundakı qələbəsindən sonra bildirib.

"Ölkəmiz kiminsə "arxa bağça"sı olmağa razı deyil", - o vurğulayıb.