Azərbaycan XİN Pakistanda törədilmiş terror aktını pisləyib

Xarici siyasət
  • 28 mart, 2016
  • 08:05
Azərbaycan XİN Pakistanda törədilmiş terror aktını pisləyib

Bakı. 28 mart. REPORT.AZ/ "Biz 27 mart tarixində Pakistanın Lahor şəhərində törədilmiş və uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror aktını qəti şəkildə pisləyirik. Terrorçu-kamikadzenin uşaqların toplaşdığı məkanı hədəf alması xüsusi narahatedici məqamdır." "Report"un məlumatına görə, bunu  XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Biz həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyirik", - Hacıyev bildirib.