Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş keçirilib

Xarici siyasət
  • 28 mart, 2019
  • 22:52
Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş keçirilib

Vyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

XİN-dən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula bilinəcək məsələləri müzakirə ediblər.

44 - Tezliklə