Azərbaycan və Braziliya iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir

Xarici siyasət
  • 15 noyabr, 2017
  • 10:18
Azərbaycan və Braziliya iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan və Braziliya siyasi və iqtisadi əlaqələri gücləndirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliya XİN başçısı Aloiziu Nunes Ferreyra ilə görüşdən sonra jurnalistlərə bildirib.

Azərbaycan XİN başçısı vurğulayıb ki, tərəflər əlaqələri genişləndirmək, eləcə də ölkələr arasındakı ticarət dövriyyəsini artırmaqla bağlı razılıq əldə ediblər.

O, braziliyalı həmkarına Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı hazırkı vəziyyət barədə məlumat verib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin hələ də yerinə yetirilmədiyini, bunun əsl problem olduğunu qeyd edib.

Azərbaycan XİN başçısı AZAL-ın "Embraer" təyyarələrini aldığını xatırladıb və Azərbaycan bu istiqamətdə Braziliya ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Öz növbəsində, Braziliyanın XİN başçısı ölkəsinin Azərbaycan ilə iqtisadi əməkdaşlığın artırılmasında, bu ölkədə investisiya layihələrində iştirak etməkdə maraqlı olduqlarını söyləyib.

"Azərbaycanın Braziliyaya təklif edəcəyi şeylər var, o cümlədən də neft və qaz. Braziliya Azərbaycan ilə qarşılıqlı ixrac-idxalda maraqlıdır", - Aloiziu Nunes Ferreyra bildirib.