Azərbaycan və Aİ Trans-Avropa nəqliyyat şəbəkəsi üzrə sənəd imzalayıb

Xarici siyasət
  • 24 noyabr, 2017
  • 13:29
Azərbaycan və Aİ Trans-Avropa nəqliyyat şəbəkəsi üzrə sənəd imzalayıb
Report

Brüssel. 24 noyabr. REPORT.AZ/ Azərbaycan və Avropa İttifaqı (Aİ) Trans-Avropa nəqliyyat şəbəkəsi üzrə sənəd imzalayıb.

"Report"un Brüssellə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu gün "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində Azərbaycan və Aİ arasında Trans-Avropa nəqliyyat şəbəkəsi üzrə indikativ xəritənin imzalanması həyata keçirilib.

Sənədi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzalayıb.