ABŞ və Özbəkistan arasında kosmik əməkdaşlığa dair saziş imzalanıb

Region
  • 19 oktyabr, 2026
  • 12:25
ABŞ və Özbəkistan arasında kosmik əməkdaşlığa dair saziş imzalanıb

Özbəkistan və ABŞ Ayın, Marsın, kometlərin və asteroidlərin dinc məqsədlərlə tədqiqi və istifadəsi üzrə beynəlxalq əməkdaşlıq prinsiplərini müəyyən edən "Artemida" sazişi imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, sənəd ABŞ-nin dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqların yekunları üzrə imzalanıb.

"Sənəd Özbəkistan üçün NASA və digər iştirakçı dövlətlərin kosmik agentlikləri ilə əməkdaşlığın genişləndirilməsi, milli kadrların hazırlanması və kosmik texnologiyaların transferi üzrə yeni imkanlar açır", - o yazıb.

Beləliklə, Özbəkistan sazişlərə qoşulan 77-ci dövlət olub.