Rubio G20 sammitindən sonra Qazaxıstana səfər etməyi planlaşdırır - Yenilənib
- 19 oktyabr, 2026
- 12:27
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin Dövlət katibi Marko Rubio G20 sammitindən sonra yaxın vaxtlarda Qazaxıstana səfər etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi qurumun rəhbəri Muxtar Tleuberdinin Dövlət katibi Marko Rubio ilə görüşünün yekunlarına dair məlumat yayıb.
"Tərəflər ticari-iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsinə xüsusi diqqət yetirməklə genişləndirilmiş strateji tərəfdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Onlar ikitərəfli münasibətlərin müsbət dinamikasını qeyd edib və praktiki qarşılıqlı fəaliyyətin genişləndirilməsində, ticarət dövriyyəsinin artırılmasında və birgə investisiya layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını təsdiqləyiblər", - məlumatda bildirilib.
Qurumdan vurğulanıb ki, tərəflər ali səviyyədə, o cümlədən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ABŞ Prezidenti Donald Trampla 2025-ci ilin noyabrında keçirilmiş görüşünün yekunları üzrə əldə olunmuş razılaşmaların icrasına xüsusi diqqət yetiriblər.
"Tərəflər həmçinin Mayamidə qarşıdan gələn G20 sammitinə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Bundan əlavə, Rubio G20 sammitindən sonra yaxın vaxtlarda Qazaxıstana tamformatlı səfər etməkdə maraqlı olduğunu təsdiqləyib", - məlumatda bildirilib.
ABŞ Dövlət katibi Marko Rubio Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ilə ikitərəfli iqtisadi əməkdaşlığın və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsini müzakirə edib.
"Report" xəbər verir ki, Rubio bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun sözlərinə görə, görüş zamanı tərəflər əməkdaşlığın daha da inkişaf etdirilməsinə sadiqliklərini təsdiqləyiblər: "Mən Qazaxıstanın xarici işlər nazirinə Prezident Donald Trampın sülh ilə bağlı təşəbbüslərini, o cümlədən "İbrahim Sazişləri"ni qətiyyətlə dəstəklədiyinə görə təşəkkür etdim. Biz "C5+1" diplomatik platformasında qarşılıqlı əlaqələrimizin davam etdiriləcəyinə ümid edirik".
Met with Kazakh Foreign Minister @MBTileuberdi and reaffirmed our commitment to expand bilateral economic and security cooperation. I thanked the Foreign Minister for Kazakhstan’s strong support of President Trump’s peace initiatives, including the Abraham Accords. We look forward to our continued engagement though the C5+1 diplomatic platform.
— Secretary Marco Rubio (@SecRubio) October 19, 2026