Azərbaycan prezidentinin Qırğızıstana səfəri başa çatıb

Xarici siyasət
  • 16 sentyabr, 2016
  • 17:45
Azərbaycan prezidentinin Qırğızıstana səfəri başa çatıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri sentyabrın 16-da başa çatıb.

"Report" xəbər verir ki, “Manas” Beynəlxalq Aeroportunda İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Qırğız Respublikasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıb.