Azərbaycan Prezidenti: "Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür"

Xarici siyasət
  • 13 oktyabr, 2022
  • 13:29
Azərbaycan Prezidenti: Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür

"Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür".

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə deyib.

"Yaxşı ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi, çünki bizim ölkələrdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu, çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir. Lakin düşünürəm ki, gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Transxəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik", - dövlət başçısı bildirib.

Prezident İlham Əliyev AQFET sammitinə dəvətə və qazax xalqına xas qonaqpərvərliyə görə Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib: "Qardaş Qazaxıstanda yenidən olmağıma çox şadam. Həmçinin keçirilmiş Zirvə Toplantısının yaxşı nəticələri münasibətilə təbrik etmək istərdim. Bu, Qazaxıstanın beynəlxalq arenada oynadığı rolun və Sizin ölkənizin yüksək nüfuzunun daha bir nümayişidir".

44 filmi