Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə səfərdədir

Xarici siyasət
  • 15 mart, 2023
  • 16:19
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi rəsmi şəxslər qarşılayıblar.