UKMTO: Oman sahillərində neft tankerinə hücum edilib

Digər ölkələr
  • 03 oktyabr, 2026
  • 04:24
UKMTO: Oman sahillərində neft tankerinə hücum edilib

Oman sahilləri yaxınlığında neft tankeri hücuma məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, naməlum mərmi tankeri Omandan dörd dəniz mili şərqdə vurub.

Ekipaj təhlükəsizlikdədir, ətraf mühitə təsir qeydə alınmayıb.