BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Digər ölkələr
  • 03 oktyabr, 2026
  • 02:56
BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib.

Bu barədə "Report"a BVF-dən məlumat verilib.

Qeyd olunub ki, şuranın təsdiqi rəsmilərə 156 milyon SDR (təxminən 214 milyon ABŞ dolları) məbləğində vəsaitin dərhal ödənilməsinə imkan verir. Sonrakı ödənişlər proqramın icmallarının tamamlanmasından asılı olaraq razılaşmanın müddəti ərzində mərhələli şəkildə həyata keçiriləcək.

Proqram makroiqtisadi sabitliyi bərpa etmək, sosial təhlükəsizlik şəbəkələrini gücləndirmək, beynəlxalq ehtiyatları yenidən formalaşdırmaq, fiskal və xarici həssaslıqları azaltmaq, maliyyə sektorunun dayanıqlılığını artırmaq və davamlı, inklüziv, özəl sektorun aparıcı rolu ilə iqtisadi artımın əsaslarını qoymaq məqsədi daşıyır.

44 - Tezliklə