Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Tatarıstan prezidenti ilə görüşüb

Xarici siyasət
  • 21 avqust, 2015
  • 10:21
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Tatarıstan prezidenti ilə görüşüb

Bakı. 21 avqust. REPORT.AZ/ Tatarıstan prezidenti səlahiyyətlərini müvəqqəti icra edən Rüstəm Minnixanov Kazanda işçi səfərdə olan Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri general-polkovnik Elçin Quliyevlə görüşüb. Bu barədə "Report" Tatarıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir. 

Məlumata əsasən, tərəflər bir sıra istiqamətlər üzrə gələcək qarşılıqlı əlaqələr məsələlərini müzakirə ediblər.