Tokayev: İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib

Xarici siyasət
  • 15 oktyabr, 2026
  • 12:24
Tokayev: İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib.

"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə bildirib.

"Prezident İlham Əliyevin güclü rəhbərliyi altında Azərbaycan istər iqtisadiyyat, istərsə də beynəlxalq münasibətlər olsun, bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib", - o deyib.

O qeyd edib ki, Qazaxıstan Azərbaycanın AQEM-in potensialını gərgin və gözlənilməz dünyada dialoq, etimadın möhkəmləndirilməsi və hərtərəfli əməkdaşlıq üçün unikal platforma kimi gücləndirməyə yönəlmiş dinamik sədrliyini yüksək qiymətləndirir.

Tokayev həmçinin sammiti təşkil etdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edərək, Bakının qədim tarixi və müasir nailiyyətləri özündə birləşdirdiyini qeyd edib.

44 filmi