ATƏT-in Baş katibi: "Azərbaycan Prezidenti Türkiyəyə dəstəyini ifadə etdi"

Xarici siyasət
  • 20 fevral, 2023
  • 12:12
ATƏT-in Baş katibi: Azərbaycan Prezidenti Türkiyəyə dəstəyini ifadə etdi

“Türkiyə çox ciddi faciə yaşadı”.

“Report” xəbər verir ki, bunu ATƏT-in Baş katibi Helqa Maria Şmid fevralın 20-də Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ATƏT sədri Buyar Osmani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ATƏT Türkiyəyə lazım olan bütün dəstəyi göstərməkdədir: “Beynəlxalq yardımlar bizi sevindirir. Bundan əvvəl Münxendə Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan və Ermənistan liderləri ilə görüşdüm. Onlar da Türkiyəyə dəstəklərini ifadə etdilər".