AŞPA nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb
- 21 sentyabr, 2015
- 05:08
Bakı. 21 sentyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. "Report" xəbər verir ki, deputat Jordi Huklanın başçılıq etdiyi nümayəndə heyətinə beş nəfər daxildir.
Səfərin məqsədi noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərindən əvvəl seçkiqabağı kampaniyanın aparılması şəraitini və seçkiöncəsi vəziyyətin öyrənilməsidir.
AŞPA nümayəndə heyəti sentyabrın 21-22-də Milli Məclisin sədri Oqtay Əsədovla, parlamentdə təmsil olunan siyasi partiya liderləri, eləcə də müxalifət partiyalarının rəhbərləri ilə görüşlər keçirəcək. Həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, QHT və KİV nümayəndələri ilə görüşlər də planlaşdırılıb.