Azərbaycanda ev təsərrüfatlarının 38 %-dən çoxu internetdən istifadə edə bilmir

İKT
  • 01 sentyabr, 2026
  • 16:03
Azərbaycanda ev təsərrüfatlarının 38 %-dən çoxu internetdən istifadə edə bilmir

2025-ci ildə Azərbaycandan ev təsərrüfatlarının internetdən istifadə etməmə səbəblərinin 38,2 %-i internetdən istifadə etmək bacarığının olmaması ilə əlaqədardır.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, bir il əvvəlki göstəricidən 0,4 faiz bəndi çoxdur.

Bildirilir ki, səbəblərin 37 %-i (1,3 faiz bəndi çox) internetə ehtiyac olmaması, 3,9 %-i (5,9 faiz bəndi az) istifadə haqqının çox yüksək olması, 0,2 %-i (0,2 faiz bəndi az) internetdə şəxsi məlumatların qorunmasına əminliyin olmaması, 0,1 %-i (0,1 faiz bəndi az) ərazidə internet xidmətinə çıxışın olmaması, 4,8 %-i (1,7 faiz bəndi az) internetin zərərli hesab edilməsi, 1 %-i (0,3 faiz bəndi çox) internet ilə bağlı məlumatın olmaması, 0,2 %-i (0,1 faiz bəndi az) internetdən istifadə etməyə icazə verilməməsi, 0,2 %-i (0,8 faiz bəndi az) ərazidə texniki imkanın olmaması, 14,4 %-i (6,8 faiz bəndi çox) digərləri ilə bağlıdır.