Dato Liklikadze: Bakıdakı Zəfər Muzeyində gördüklərim həqiqətən təsiredicidir
- 01 sentyabr, 2026
- 16:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcü jurnalist Dato Liklikadze Bakının inkişafını yüksək qiymətləndirib və Zəfər Muzeyində gördüklərinə heyran qaldığını bildirib.
"Report" xəbər verir ki, o bu barədə Bakıda jurnalistlərə bildirib.
"Mən Bakıya ilk dəfə gəlmirəm. Mən bu şəhəri və Azərbaycan xalqını sevirəm, bu barədə dəfələrlə demişəm", - D.Liklikadze bildirib.
Onun sözlərinə görə, Gürcüstanın media nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı zəngin proqram hazırlanıb: "Bizim üçün muzeyin və bir çox maraqlı eksponatın yerləşdiyi Heydər Əliyev Mərkəzinə baş çəkmək də daxil olmaqla, çox yaxşı proqram hazırlayıblar".
O, həmçinin Azərbaycanın infrastrukturunun yüksək inkişaf səviyyəsini qeyd edib: "Gecə biz yolları və aeroportları gördük. Ölkənin infrastrukturunun inkişafında həqiqətən də heyranedici nəticələrə nail olunub".
Qarabağa qarşıdakı səfərindən danışarkən jurnalist qeyd edib ki, Bakıda gördükləri onda böyük təəssürat yaradıb: "Bizim də işğal olunmuş ərazilərimiz var və bu gün Bakıda, Zəfər Muzeyində gördüklərim həqiqətən də təsiredicidir".