AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

Xarici siyasət
  • 21 dekabr, 2016
  • 12:15
AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti qış sessiyasının gündəliyi açıqlanıb.

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, növbəti plenar sessiya gələn il yanvar 23-dən 27-dək Fransanın Strasburq şəhərində keçiriləcək.

Sessiya zamanı AŞPA-nın prezidenti və vitse-prezidenti, Avropa İnsan Haqları Məhkəməsini hakimləri vəzifələrinə seçkilər olacaq. Parlament üzvləri Bolqarıstanda prezident və Makedoniyada parlament seçkilərinin monitorinqinin nəticələrinə dair hesabatları müzakirə edəcəklər.

Yanvarın 24-də AŞPA deputatları qarşısında Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han, Kipr prezidenti Nikos Anastasiadis, yanvarın 25-də isə Rumıniya Prezidenti Klaus Yohannis çıxış edəcək.

Həmçinin Avropada jurnalistlərə hücum və media azadlığı, Qəzzada humanitar böhran, Ukraynada demokratik təsisatların fəaliyyəti və s. kimi məsələlər müzakirə olunacaq.