AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi təyin olunub

Xarici siyasət
  • 09 dekabr, 2015
  • 09:40
AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi təyin olunub

Bakı. 9 dekabr. REPORT.AZ/ AŞPA-nın Azərbaycan üzrə monitorinq komitəsinin yeni həmməruzəçisi təyin olunub.

AŞPA-nın mətbuat xidmətindən "Report"a bildiriblər ki, bu  vəzifəyə avstriyalı deputat Ştefan Şennax (Stefan Schennach) seçilib.

Bu vəzifədə o, Polşa parlamentinə yenidən seçilə bilməyən və bununla da AŞPA-dakı vəzifəsindən məhrum olunan Tadeuş İvinskini əvəz edəcək. 

Qeyd edək ki, AŞPA-nın Azərbaycan üzrə monitorinq komitəsinin digər həmməruzəçisi Aqustin Kondedir (İspaniya). 

44 - Tezliklə