AŞPA-nın həmməruzəçiləri Mehman Hüseynovun azad edilməsini alqışlayıblar

Xarici siyasət
  • 07 mart, 2019
  • 07:27
AŞPA-nın həmməruzəçiləri Mehman Hüseynovun azad edilməsini alqışlayıblar

Bakı. 7 mart. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri Rocer Geyl və Ştefan Şennak Mehman Hüseynovun azad edilməsini alqışlayıblar.

"Report" xəbər verir ki, bu barədə həmməruzəçilərin AŞPA-nın saytında dərc olunan müraciətində deyilir.

Onlar bunun çox yaxşı xəbər olduğunu bildiriblər.

Xatırladaq ki, martın 2-də Mehman Hüseynov azadlığa buraxılıb.