Azərbaycan Ukrayna minatəmizləyənlərinə təlimlər keçəcək
- 23 oktyabr, 2025
- 11:21

Azərbaycan Ukrayna minatəmizləyənlərinə təlimlər keçəcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, oktyabrın 22-23-də Yaponiyanın Tokio şəhərində keçirilən Ukraynada Mina Fəaliyyəti üzrə Konfrans (UMAC 2025) çərçivəsində ANAMA ilə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti (SESU) arasında Anlaşma Memorandumu imzalanıb.
"Humanitar minatəmizləmə üzrə Azərbaycan Respublikasında təlimlərin keçirilməsinə dair" Anlaşma Memorandumunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov və Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin rəhbərinin müavini Roman Prymuş imzalayıblar.
Sənəd ANAMA tərəfindən SESU-nun humanitar minatəmizləmə üzrə mütəxəssislərinə Azərbaycanda müvafiq təlimlərin keçirilməsini özündə ehtiva edir.