Aİ-nin insan haqları üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib

Xarici siyasət
  • 23 fevral, 2015
  • 16:08
Aİ-nin insan haqları üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib

Bakı. 23 fevral. REPORT.AZ/ Aİ-nin insan haqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidis Azərbaycana gəlib. 

"Report" xəbər verir ki, səfər zamanı S.Lambrinidis Bakıda ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələləri, eləcə də ölkədə insan haqları ilə bağlı vəziyyət müzakirə olunacaq. 

Səfər fevralın 26-da başa çatacaq. 

Qeyd edək ki, bu, S.Lambrinidisin Aİ-nin insan haqları üzrə xüsusi nümayəndəsi qismində Azərbaycana ilk səfəridir.  

44 - Tezliklə