ABŞ səfiri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirib

Xarici siyasət
  • 17 oktyabr, 2017
  • 09:29
ABŞ səfiri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirib
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta
Report/ Elshan Baba

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Azərbaycanda islahatların aparılması üçün ölkədəki müxtəlif elementlər arasında dialoq var və bu dialoqun aparılması da mühümdür".

"Report"un məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, ABŞ biznesmenləri yaxın gələcəkdə bir sıra sahələrə investisiya yatıra bilər: "Kənd təsərrüfatı, suvarma və informasiya texnologiyaları sahələri gələcək əməkdaşlığımız üçün əsas perspektivdir".

ABŞ səfiri Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünə də münasibət bildirib: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatından əlavə heç nə deyə bilmərəm". 

R.Sekuta vurğulayıb ki, son 25 ildə ABŞ-ın Azərbaycana ayırdığı yardımlar 1,3 mlrd. dolları ötüb: "ABŞ Dağlıq Qarabağ problemi nəticəsində məcburi köçkün düşən insanlara yardım üçün 120 mln. dollar ayırıb. Ümumilikdə 7 mindən çox şəxs ölkəmizin vəsaiti ilə ABŞ-da təhsil alıb. Bu dövr ərzində 500-dən çox Sülh Korpusu könüllüsü Azərbaycanda çalışıb".

44 - Tezliklə